Ay və altı peni (Ay və qara qəpik)

Yazar: Somerset Moem
Səsləndirdi: Müjgan Namidar
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 07:35:21
Roman dahi fransız rəssam Pol Qogenin həyatına improvizasiyadır. Dahilik və xudpəsəndlik... Alicənablıq və rəzillik... İstedad və qəddarlıq... Bütün bu xüsusiyyətlər eyni şəxsdə ola bilərmi?
Dahiliklə əclaflıq bir araya sığarmı? Sənətkar yaşadığı cəmiyyətin əxlaq qanunları ilə hesablaşmalıdırmı? “Yaradıcı adamın içində bir iblis də var” deyimi doğrudurmu? Müəllif suallara yüksək bədii dillə
cavab verir. Özünü bütünlüklə sənətə həsr etmiş insanın yaratmaq eşqini, Ay kimi əlçatmaz dahilik işığını bir peniyə dəyməyən bayağı meşşanlıqla üz-üzə qoyur.