"Qanun" Nəşrlər Evinin “Dinlə kitab” audio-kitab layihəsi çərçivəsində nəşriyyatın çap etdiyi kitablar tanınmış aktyorlar vasitəsi ilə səsləndirilir. Səsləndirilmiş kitabların əlçatan olması məqsədi ilə saytla yanaşı, xüsusi mobil tətbiqlər də yaradılıb. Saytımız və mobil tətbiqlərimiz audio-kitab həvəskarlarının telefon, musiqi oxudan, bilgisayar, televizor və s. bu kimi müasir avadanlıqlarda rahatlıqla şeir, inkişaf və motivasiya, roman, elmi və bədii ədəbiyyatın müxtəlif nümunələrini dinləmələri üçün nəzərdə tutulub. Layihə çərçivəsində həm yerli, həm də xarici ədəbiyyat nümunələri səsləndirilərək audio-kitab formatında təqdim edilir. Saytdan və tətbiqlərdən istifadə ödənişlidir. Siz “Dinlə Kitab”a abunə olmaqla geniş imkanlar əldə edirsiniz. Saytımızda və mobil tətbiqlərimizdə qeydiyyatdan keçən hər bir istifadəçi abunə olduğu müddətdə istənilən sayda kitab dinləyə bilər. “Dinlə kitab”da abunəlik şərtləri: 1 ay – 3 AZN 6 ay – 15 AZN 12 ay – 30 AZN “Dinlə Kitab” komandası sifariş əsasında audio-kitabların hazırlanmasını da həyata keçirir. Layihənin ideya müəllifi: Şahbaz Xuduoğlu Layihə rəhbəri: Cəlil Cavanşir Səs rejissoru: Fəyyaz Ələkbərov