Hekayələr

Yazar: Stiven Kinq
Səsləndirdi: Müjgan Namidar
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 03:54:36
Kitab zəmanəmizin məşhur və daim yeni əsərləri ilə oxucularını sevindirən Amerika yazıçısı Stephen Kingin son illərdə yazdığı essesi ilə açılır və doqquz hekayəsi ilə davam edir. Əsərlərin hər biri bu hekayə ustadının istedadını özünəməxsus şəkildə, müxtəlif baxış bucağından əks etdirməklə çox emosional, oxucunun qəlbinə girən, onu düşündürən hekayətlərdir.
Bu topluda yer alan, müəllifin öz həyatının sevgi xatirəsi olan esse də, Amerika qanqsterlərinin həyatından bəhs edən etinasızlıq və nifrət, xəyanət və ümidsizlik, dözüm və ümid hissləri ilə dolu hekayələr də, müasir dövrümüzdə insan hisslərinin və düşüncəsinin cəmiyyət və ailə daxilindəki münasibətlərə necə təsir göstərdiyi, onları hara apardığı haqqında olan hekayələr də oxucunun diqqətini cəzb edib saxlayır və ayrılmağa qoymur.