Dünyanın hörümçək toru

Yazar: Tomas Vulf
Səsləndirdi: Aygün Osmanlı
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 03:30:45
Məşhur yazar Tomas Vulfun yaradıcılığı öz zən­ginliyi ilə seçilir. İrihəcmli romanlarla yanaşı Vulfun “kiçik nəsri” də oxucular tərəfindən maraqla qarşılanır. Bu povestlərdən biri olan “Dünyanın hörümçək toru” ilk dəfə 1932-ci ilə çap olunmuşdur. Hələ müəl­lifin sağlığında nəşr olunan povest təhkiyəsinin sadəliyi ilə diqqəti çəkir. Öz taleləri, övlad-uşaqlarıyla bir Yer üzünü hö­rümçək toru kimi bürümüş insanlıq barədə… insanın torpağa, öz yaxınlarına, övladlarına bağlılığı, insan sevgisi və sədaqəti, insan dözümü və mərhəməti barədə mükəmməl bir əsərdir.