Süleyman Rüstəmin müxtəlif çıxışları - TARİXİ SƏSYAZISI

Yazar: Süleyman Rüstəm
Səsləndirdi: Süleyman Rüstəm
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 00:11:18
Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakının Novxanı kəndində anadan olmuşdur. 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülmüşdür. Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilmişdir (1935). Azərbaycan SSRİ birinci çağırış Ali Sovetinə deputat seçilmişdir (1938), bundan sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olmuşdur.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru (1937–1938), "Ədəbiyyat qəzeti"nin baş redaktoru olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinə, "Azərbaycan", "Kirpi" jurnallarının və "Советский писатель" (sovetskiy pisatel)" redaksiya heyətlərinə üzv seçilmişdir.
Xidmətlərinə görə üç dəfə "Lenin" ordeni, iki "Qırmızı əmək bayrağı" ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri fərmanı və bir sıra medallarla təltif olunmuşdur. 1971–1989-cu illərdə Azərbaycan SSRİ Ali Sovetinin sədri olmuşdur.
1989-cu il iyunun 10-da Bakıda vəfat etmişdir.

DinleKitab Azərbaycanın Xalq Şairi Süleyman Rüstəmin müxtəlif illərə aid səsyazılarını təqdim edir.