Abdulla Şaiq: "Yaxşı oxuyun, vətənə faydalı olun" - 1956

Yazar: Abdulla Şaiq
Səsləndirdi: Abdulla Şaiq
Səs rejissoru: Dinlə Kitab
Səsləndirmə vaxtı: 00:03:22
Klassik Azərbaycan şairi, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, Əməkdar İncəsənət Xadimi (1940)
1881-ci il fevralın 24-də Tiflisdə ruhani ailəsində dünyaya gəlib. 1888-ci ildə altısinifli şəhər müsəlman məktəbində ilk təhsilini alıb. 1893-cü ildə ailə vəziyyəti ilə əlaqədar Xorasana gedib və təhsilini orada davam etdirib.
1901-ci ildə Bakıya gəlib. 1901-ci il aprelin 22-də üçüncü oğlan gimnaziyasında xüsusi imtahan komissiyasında imtahan verərək ana dili müəllimi adını alıb.
1901-ci il noyabrın 5-dən rus-tatar məktəblərində ehtiyat müəllim kimi pedaqoji fəaliyyətə başlayıb.
1959-cu ildə Bakıda vəfat edib. Fəxri xiyabanda dəfn olunub.


DinləKitab.az Abdulla Şaiqin 1956-cı ilə aid nadir səs yazısını təqdim edir.