Əsərin əsas obrazı olan Qrinyov Aleksandr Puşkinin XIX əsr Rusiyası üçün ideal olaraq bildiyi kişi obrazıdır. Qrinyov obrazı bizlərə bir düşünən və yaradan insan kimi öz ictimai mövqeyini nümayiş etdirir. Kapitan qızı Marya da elə bu səbəbdən Qrinyovu sevmir, onu tamamlayır və beləliklə də, Puşkinin təfəkküründə olan ideal ailə, sağlam cəmiyyət və çiçəklənən dövlət ideyaları reallaşır.