Volter hakimiyyətin qüsurlarını kəskin tənqid etdiyinə görə daim təqiblərə məruz qalırdı. Dini fanatizmin, edamların əleyhinə çıxırdı. Bu səbəbdən mühacirət həyatı yaşayır, bir ölkədən digərinə qaçırdı. Bastiliya qalasında həbsdə də olmuşdu. O, insan faciəsinə görə əzab çəkirdi. Çünki edam cəzasında və savaşda ölənlər təbii fəlakətlərdə ölənlərdən qat-qat çox idi. “Kandid” bu sarsıntıların nəticəsidir. Müəllif bu əsəriylə nifrətə meydan oxuyur. Sübut edir ki, insan qəlbi sevgiyə məhkumdur və nifrətdən uzaq durmalıdır. Bəşəriyyətin xilası naminə nifrət duyğusunu öldürmək lazımdır. Ciddi mesajlarla zəngin olan əsərin əsas ideyası isə budur: Bütün pisliklər yaxşılığa doğru atılan addımdır.