BİR GÜNAH SƏNİN, BİR GÜNAH MƏNİM

Yazar: Musa Yaqub
Səsləndirdi: Musa Yaqub
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 00:01:40
 Bir gözün mən əydim, bir gözünü sən,
 Niyə narazıyıq bu tərəzidən?..
 Sən çeşmə qurudan, mən ağac kəsən
 Bir günah sənindir, bir günah mənim.

 Bu südə su qatıb hərə bir qaşıq,
 Arını şəkərə dadandırmışıq.
 Bazarın yağı şor, balı qarışıq
 O mətah sənindir, bu mətah mənim.