Oxşar

Yazar: Fyodor Dostoyevski
Səsləndirdi: Fatma Qafarova
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 04:42:53
Sakit təbiətli, ürəyiyuxa, cılız iddialarla yaşayan bir Peterburq məmuru. Ətrafındakı adamların ək­sə­rini yaramaz, aravuran və fitnəkar, özünü isə qü­sursuz sayan məxluq. Şəxsi təbiriylə, öz yolu olan adam­cığaz...
Həyatında bircə dəfə bağışlanmaz səhv edən Yakov Petroviç Qolyadkin burada utanacaq, xəcalət çəkəcək heç nə görmür. Ona elə gəlir ki, o, başqalarından tam fərqli, ideal, haradasa ali bir insandır. Lakin gözlənil­mədən həyatda öz oxşarı ilə üzləşir. Onunla eyni ida­rədə işləyən və hətta müəyyən zamandan eyni mən­zildə yaşayan, yüzə-yüz bənzər, bir almanın iki yarısı. Amma xasiyyətcə tam əksi – kələkbaz, fit­nəkar, yaltaq...