İt ürəyi

Yazar: Mixail Bulqakov
Səsləndirdi: Hüseynağa Aslanov
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 03:22:17
Povest bir çevrilmənin tarixidir. Fabulası müəyyən qədər “Doktor Moronun adası” romanından götürülüb. Süjetin əsasında heyvanların insanlaşdırılması ideyası durur. Eyni zamanda, 1920-ci illərdə SSRİ-də və bir sıra Avropa ölkələrində populyar olan cavanlaşdırma ideyası... Hadisələr 1924-cü ilin dekabrında Moskvada, yeni iqtisadi siyasətin çiçəkləndiyi dövrdə baş verir. Xeyirxah professor “Şarik” adlı bir iti evinə gətirir. Onun elmi maraqları yevgenikaya – insan təbiətinin yaxşılaşdırılması sahəsinə yönəlib. Sovet məmurlarını cavanlaşdırmaq üçün eksperimentlər aparıb pul qazanır. Öz sahibinin bütün istəklərini dərindən mənimsəyən “Şarik” özü tədricən eksperimentlərin obyektinə çevrilir. Povest rus cəmiyyətinin inqilabi transformasiyasına alleqoriya kimi də səciyyələndirmək olar. O, həm də təbiət işlərinə müdaxilənin təhlükəli fəsadları haqqında xəbərdarlıq edir.