Bu kitaba əsərləri ilə dünya şöhrəti qazanmış böyük fransız yazıçısı Aleksandr Dümanın (ata) – “Qafqaz səfəri” yol qeydlərinin Azərbaycanla bağlı olan hissələri daxil edilmişdir.
Yazıçı – səyyah keçən əsrin ortalarında Azərbaycana gəlmiş, ərazimiz, tariximiz, xalqımız, adət-ənənələrimiz, maraqlı şəxsiyətlərimiz haqqında öz təəssüratlarını qələmə almışdır. Ümidvarıq ki, bu əsər müasir oxucuların da marağına səbəb olacaqdır.