Bizə çox da yad olmayan rus ədəbiyyatı özündə “artıq adam”ın bütöv nəslinin izlərini daşımaqdadır: Puşkinin Yevgeni Onegini, Lermontovun Peçarini, Qonçarovun Oblomovu, Turgenevin Bazarovu və nəhayət ən amansız ifadəsiylə Dostoyevskinin adsız yeraltı adamı. “Artıq adam”lar, bizə içimizdəki ziddiyyəti xatırladır. Onlar dövrlərinin, nə edəcəyini bilmədən çaşıb qalmış qeyri-qanuni övladları, həyatı seyr etməklə kifayətlənib hərəkətə keçməyən, lakin bəlkə də seyr edə-edə yola çıxan qəzəbli antiqəhrəmanlarıdır.
Beləliklə, Turgenyev, “Artıq adamın gündəliyi”ndə bizi ziddiyyətli xarakterlərin doğuluşuna (kökünə) aparıb çıxarır.