Ərafın dərin qatlarında

Yazar: Məmməd Məmmədli
Səsləndirdi: Allahverdi Qurbanov
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 00:17:05
Sonu görünməyən, qaranlıq bir tunellə gedirdim. Tək deyildim, amma canımda
qorxu vardı. Mənimlə bərabər bir dəstə adam iti addımlarla tunelin sonuna
çatmaq istəyirdi. Hara getdiyimizi, başımıza nələr gələcəyini bilmirdik. Sadəcə bizi
bura gətirən əcaib məxluqlar dedilər ki, sona qədər getməliyik. Başqa çarəmiz yox
idi. Yalnız bir istiqamət vardı, o da irəli. Bizim bu zülmətin içinə buraxanlara qarşı
müqavimət göstərməyə gücümüz də yox idi. Bir də başqa hara gedə bilərdik ki…