Eynşteyn ilə Freydin məktublaşması

Yazar: Qanun Nəşriyyatı
Səsləndirdi: Günəş Bağırsoy
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 00:52:01
“Niyə müharibə?” başlığı altında nəşr olunan yazışmanın təşəbbüskarı Albert Eynşteyn idi. 30 iyul 1932-ci ildə Postdam yaxınlığındakı Kaput məntəqəsindən ilk məktubu yazan Eynşteyn, kainatdakı hadisələr haqqında obyektiv düşünmək vərdişinin insan iradəsinin və psixologiyasının qaranlıq dəhlizlərini başa düşmək üçün kifayət etmədiyini bildirir. Bu kitabda Albert Eynşteyn ilə Ziqmund Freydin müharibələrin qarşısının alınması möv­­zusunda məktubları öz əksini tapır.