Liderlik Dərsləri – Qandi Ceo

Yazar: Alan Axelrod
Səsləndirdi: Ramil Zeynalov
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 06:28:35
Qandi “liderlik xidmət göstərməkdir” ideyasının canlı təcəs­sümü idi. İnandırma sənətini əla bilirdi: ümumi rifah naminə özünü fəda etməyə hazır olması ən qüdrətli nümunə idi. Nəticədə az qala mümkünsüz görünəni mümkün etməyə və Hindistanın dirçəlməsinə yardım göstərməyə müyəssər oldu. Bəxtimiz gətirib: müəllim öz düşüncə, prinsip, məqsəd və ən əvvəl metodlarını əks etdirən çoxlu yazılı sübut qoyub getmişdir. Onları öyrənmək və böyüklüyündən, yaxud kiçikliyindən asılı olmayaraq, hər hansı kollektiv təşəbbüsdə tətbiq etmək imkanımız vardır. Mahatma Qandinin dərsləri ən məharətli top-menecerlərin və iş adamlarının təcrübəsini belə zənginləşdirir.