Robert Luis Stivensonun “Doktor Cekil və cənab Haydın qəribə hekayəsi” əsəri fantastik hadisələrlə zəngindir. Əsərdə insan təbiətinin haçalanması təsvir olunur. Mərhəmətli, cəmiyyətdə böyük hörmətə sahib olan doktor Cekil hazırladığı preparat sayəsində zamanla qəzəb dolu, pislik simvolu olan Hayda çevrilir. O, əvvəlcə özünün əvvəlki obrazına asanlıqla qayıda bilir ‒ içdiyi preparat onu gah Hayda, gah da Cekilə çevirir. Robert Stivenson əsərdə göstərir ki, əgər insan pis niyyətlərinə meydan verərsə, tədricən onun əsirinə çevrilə bilər. Ehtirasları, içindəki neqativ hissləri cilovlamayanda xarakterin mənfi xüsusiyyətləri qalib gəlir