Belçika yazıçısı Jorj Simenon detektiv yazarları arasında görkəmli yer tutur. Onun Komissar Meqre silsiləsində yazdığı detektiv roman və hekayələr ilk dəfə 1929-cu ildə işıq üzü görmüşdür. Qısa zamanda uğur qazanan kitabın ardınca eyni qəhrəman silsilə romanlar vasitəsilə oxucularıyla görüşməyə davam etdi.
Jorj Simenon “Sen-Fiakrın cinayət işi” əsərində öz aydın və sadə üslubu ilə növbəti dəfə ustalığını dilləndirmişdir.