Həyat işığı (Seçmə hekayələr)

Yazar: Andrey Platonov
Səsləndirdi: Müjgan Namidar
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 01:36:54
Kitaba daxil edilən hekayələrin qəhrəmanları müharibə dövrünün insanlarıdır. Aclıq, yoxsulluq, məhrumiyyətlər bu insanların əzmini, iradəsini, sabaha ümidini qıra bilmir. Güclü tufan, qasırğa dənizin dibini üzə çıxardığı kimi xalqların həyatında baş verən sarsıdıcı, təlatümlü, hər şeyi kökündən dəyişməyə qadir hadisələr də onun tarixinin, həyatının çox-çox dərin qatlarına sirayət edir və çoxdan unudulmuş dərdi, kədəri də üzə çıxarır.Bu hekayələrdə də müharibədən çıxmış insanların sarsılmaz mənəvi dözümü ön plana çıxarılır. Dağılmış kəndləri, şəhərləri məhz bu insanlar quracaq. İnsan mənəviyyatının sarsılmaz gücü, insan ruhunun yenilməzliyi hekayələrin ana xəttini təşkil edir.