Yaponiyanın şəhərətrafı qəsəbələrindən birində böyüyən Hacime adlı oğlan belə düşünürdü ki, hamının bacı-qardaşı var, bircə o, evin tək uşağıdır. Sonradan Şimamoto adlı bir qızla dostlaşmışdı, o da evin tək uşağı idi. Onlar məktəbdən evə birgə qayıdar və günorta vaxtı Şimamotonun atasının kolleksiyasındakı musiqilərə qulaq asardılar. Hacimegil qəsəbədən köçəndən sonra isə onların əlaqəsi kəsilmişdi.Artıq Hacimenin yaşı otuzu keçib. On il məqsədsiz yaşadıqdan sonra evlənib və iki sevimli qızı var. İşləri də qaydasındadır, müştəri cəhətdən korluq çəkməyən iki caz barının sahibidir. Onun həyatında hər şey qaydasında görünsə də, daxilində dərin boşluq hiss edir.Bir gün yağışlı bir gecədə uşaqlıq sevgisi Şimamoto füsunkar aurası ilə onun qarşısında peyda olur. Beləcə, Hacime həyatının dönüş nöqtəsində olduğunu hiss edir. İndi verəcəyi qərarlar həyatını tamamilə dəyişdirə bilər…