Başqa silahlar və digər siyasi hekayələr

Yazar: Luisa Valenzuela
Səsləndirdi: Lalə Əliyeva
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 05:01:08
Sosial-siyasi vəziyyəti, cəmiyyətdəki nöqsanları, ictimai həyatdakı qüsurları özünəxas üslubda tənqid edən bu hekayələrdə, müəllifin eksperimental üslubu və feminist mövqeyi daha çox diqqət çəkir. Daha çox qısa hekayələri ilə tanınan yazar Luiza Valenzuela 1970-ci illərdə mövcud olan Argentinadakı diktaturaya, hərbi xuntaya qarşı etirazını, qəzəbini bu hekayələrdə əks etdirir. Kitabda toplanan hekayələr həm mövzusuna, həm ötürdüyü mesaja, həm də üslubi keyfiyyətlərinə görə olduqca təsirlidir. Bu kitab siyasi terror, işgəncə, repressiya və sadaladıqlarımızın insan həyatına təsiri haqqındadır. Müəllif siyasət, nüfuz, qorxularımızın seks və ölümlə əlaqəsinə diqqət çəkir. Diktatura dövrünün təşvişli günləri, demokratiya və ədalət uğrunda mübarizə, insanların sevgi haqqında maraqlı
düşüncələri bu hekayələrin ana xəttini təşkil edir.