Aqata Kristi “Beş balaca donuz” əsərində eşq sərgüzəştləri ilə tanınan rəssam Amyasın qatilini axtarır. On altı ildən sonra, bütün faktların demək olar ki, yox olduğu bu cinayət hadisəsində Erkül Puaronun bələdçisi – şahidlərin xatirələridir. Şahidlər çox yaşlanıb və artıq illərin təsiri ilə keçmişdə baş verən bu faciəni fərqli xatırlayırlar.
Ərini zəhərləyərək öldürən gözəl Karolin Kreyl qızı Karlanın iddia etdiyi kimi günahsızdırmı? Günahkarların illərlə zənginlik və xoşbəxtlik içərisində yaşadığı həyatda, başqalarının günahının cəzasını çəkən Karolin Kreylin taleyin bədbəxt bir oyununun qurbanı olduğu isbat ediləcəkmi?
Elə isə kimdir müqəssir?