5 il əvvəl arvadı və iki uşağı ilə birlikdə Hempşirə köçmüş amerikalı sahibkar mister C.Neil Gibsonun arvadını Tor körpüsünün yaxınlığında qətlə yetirirlər. Onun ovcunda kağız parçası tapılır. Bu kağız uşaqları tərbiyə edən mürəbbiyəyə aiddir. Gənc və gözəl bir qız olan mürəbbiyənin otağında araşdırma aparan xəfiyyələr paltar şkafından tapança tapırlar. Tapançanın kalibri missis Gibsonun ölümünə səbəb olan gülləyə uyğun gəlir. Sanki hər şey aydındır, amma mister Gibson mürəbbiyənin günahkar olmasına inanmır və kömək üçün məşhur detektiv Şerlok Holmsa müraciət edir…