Hər şey çox qısa bir zamanda baş verir. Ortatəbəqəli bir fransız təsadüf nəticəsində Əlcəzairdə bir ərəbi öldürür. O özünü addım-addım ölümə aparan prosesi laqeyd şəkildə izləyir. Roman boyu başqalarının adı xatırlandığı halda, əsərin qəhrəmanının adını belə öyrənə bilmirik. Bəli, burada Kafkanı xatırlamaq lap yerinə düşür. “Yad” müəllifin adı çəkilən kimi ilk ağıla gələn əsərdir.
O, təkcə ədəbi yox, həm də fəlsəfi düşüncədə yeni istiqamət yaratmış nümunələrdən sayılır.