Romanda hadisələr Nil çayı sahilində baş verir. Əsərin baş qəhrəmanı və ana xətti olan Linet Doyl çox gözəl və olduqca varlı bir qadındır. Ən yaxın rəfiqəsi Ceki onu öz nişanlısı Simonla tanış edir və bütün hadisələr də bundan sonra başlayır. Bu gəmi səyahətinin başqa bir maraqlı tərəfi də sərnişinlərin hamısının Linetdən zəhləsi gedən adamlar olmasıdır. Demək olar bütün düşmənləri və Ceki də onlarla bərabər bu gəmidədir. Və hadisələrin inkişafında Linet gecəyarı öldürülür. Puaro bütün sərnişinləri sorğu-sual edir. Hamısının Lineti öldürmək üçün müəyyən səbəbləri var kimi görünür və hamısı da mübahisə əsnasında yerə düşən silahı götürüb xəlvətcə Linetin kayutuna girib onu öldürmüş ola bilər. Puaro dəqiq bir ipucu tapmaqda çətinlik çəkir. Aqata Kristi “Nildə ölüm” kitabında oxuculara yenə qüsursuz bir cinayət təqdim edir, amma Erkül Puaro üçün qüsursuz cinayət yoxdur…