Siqareti tərgitməyin asan yolu

Yazar: Allen Karr
Səsləndirdi: Ramil Zeynalov
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 05:03:35
Kitab siqaret azarına mübtəla olanları bu bataqlıqdan xillas etmək üçün yazılıb. Müəllif əsərdə öz təcrübəsindən çıxış edir. Oxuduqca adam özünü bir həkim-ekstrasens qarşısında hiss edir. Əsərin xeyirxah məqsədi onun üslubunda və dilində də əks olunub. Müəllifin qeyd etdiyi kimi, burada təkrarlar var.Bu, diqqətsizlik deyil. Kitabın qarşıya qoyduğu məqsəddən irəli gəlir. Müəllif bəzən eyni fikri dönə-dönə təkrarlamaqla onu öz pasiyentinin beyninə yeritmək istəyir. Nəticə üçün bu, çox əhəmiyyətlidir.