Lönneberqalı Emil

Yazar: Astrid Lindqren
Səsləndirdi: Aygün Osmanlı
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 01:21:38
"Qanun" Nəşriyyatı və  “Əli və Nino” nəşriyyatı məşhur İsveç yazıçısı Astrid Lindqrenin əsərlərindən ibarət kitab silsiləsini sizlərə təqdim edir.
Lindqren öz əsərlərində bütün dünyadakı böyükləri və uşaqları ovsunlayan xoşbəxt və son dərəcə cəlbedici sehrli uşaq aləmi yarat­mışdır. Bu dahi İsveç ədibin yaradıcılığı bir çox nüfuzlu mükafatlarla təltif olunmuşdur. Astrid Lindqrenin kitabları dünyanın 91 dilinə tərcümə olunmuş, 145 milyonu aşan tirajla satılmışdır.
“Lönneberqalı Emil” kitabı dünya üzrə uşaqların ən sevimli əsərlərindən biridir. Bu əsər nadinc mavigöz, sarı kəkilli oğlan haqdadır. Xəmiri atasının başına tökmək, keşiş arvadının şlyapasının lələklərinə od vurmaq, xoruzla donuz balasını sərxoş etmək kimi məzəli hoqqalar kimin ağlına gələ bilər ki...