“Pişik qız Minus” kitabı katalon, alman, ingilis, fransız, yunan, italyan, norveç, ispan, isveç və s. dillərinə tərcümə olunub.
Juffrau Minus keçmişdə pişik olub. O digər pişiklər kimi xoruldayır, cırmaqlayır, xumarlanır və hələ də quşcuğaz görəndə pişiksayağı xoşhallanır. Artıq adi bir qız olsa da, hələ də arabir miyou-miyou oxuyur və “pişik dilində” dil-dil ötür. Bu istedadı onun sahibi, qəzetçi Tibbenin olduqca karına gəlir. Pişik Mətbuat Xidməti sayəsində, o, bir çox gizli və məxfi məsələlər haqqında məlumatlar alır. Düzdür, bu işlər ona müəyyən çətinliklər yaradır, amma Minusun və onun çoxlu pişik dostlarının köməyilə hər şey əla qurtarır.