Treysi Bikerin hekayəsi

Yazar: Jaklin Vilson
Səsləndirdi: Lalə Əliyeva
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 02:40:07
Jaklin Vilson İngiltərə uşaq ədəbiyyatının ən məşhur yazıçılarından biridir. Onun əsərlərində, əsasən, valideynləri ayrılmış, övladlığa götürülmüş və ruhi xəstəlikdən əziyyət çəkən uşaqlardan bəhs edilir. Dörd əsəri, BBC-nin hazırladığı anketə əsasən, Birləşmiş Krallıqda oxunan yüz ən məşhur kitab siyahısına daxil olmuşdur.
Treysi Biker yazıçının ən çox sevilən obrazlarındandır. “Treysi Bikerin hekayəsi” əsərində Treysi və dostlarının uşaq evindəki macəralarından bəhs olunur. Treysi Biker obrazı qısa müddətdə o qədər məşhurlaşmışdır ki, onun haqqında serial, tamaşa çəkilmiş, kompüter oyunları hazırlanmışdır. Həmçinin üstündə Treysi Bikerin şəkli olan geyimlər, məktəb ləvazimatları uşaqlar arasında çox məşhurdur.