Balzak yaradıcılığının mükəmməl nümunələrindən biri – “Polkovnik Şaber”. Əsər hamının müharibədə ölmüş bildiyi zabit Şaberin ağrılı-acılı həyatından bəhs edir. Dəhşətli döyüşlərdə möcüzəvi şəkildə sağ qalmağı bacaran Şaber “ölü” qalmağı seçir. Çətinliklərlə vəkil Dervilin köməyi ilə itirdiklərini geri qaytarmaq istəyən Şaber var- dövlətini mənimsəyib başqasına ərə gedən arvadına diriliyini sübut edə bilmir.