Kitab yetim qızın heyrətamiz həyat hekayəsindən bəhs edir. Olduqca soyuqqanlı və ciddi xalası mənəvi borc hissinə görə onu himayə etməyə başlayır. Pollianna istənilən vəziyyətdə həyatdan zövq alır, əlində olan nemətləri qiymətləndirib şükr edir. O, sevinc və təşəkkür duyğusu ilə həyatdan razı qalan, heç vaxt ruhdan düşməyən, özündən yaşca böyüklərə belə nəzakətlə çətinliklərdən çıxış yolunu göstərməyi bacaran balaca qızcığazdır. Günəşdə bərq vuran büllurlar əlvan rənglər saçdığı kimi, Pollianna da ətrafına sevinc şüaları yayır. Onun gəlişi ilə nəinki xalasının, az qala balaca şəhərdə yaşayan bütün adamların həyatı yaxşılığa doğru dəyişir.
Dünyanın müxtəlif ölkələrində neçə-neçə nəsillər Polliannadan nikbinliyin sirlərini öyrəniblər.