Park Sonyo ərinə sadiq, övladlarını sevən bir anadır. Bəzən sevilir, bəzən nifrət edilir, bəzən minnətdarlıq hissi duyulur... Torpaq kimi saf və möhkəm bir qadındır. Bir gün yaşlı, xəstə vaxtı metro stansiyasında ərinin əlini buraxır və yoxa çıxır. Uşaqları bütün imkanlardan istifadə edərək onu tapmağa çalışır. Yalnız bu hadisədən sonra qədrini bilmədikləri varlığın əsl qiymətini anlayırlar. Ananı onun boşluğu vasitəsi ilə dərk edirlər. Anasına verdiyi sözü tutmayan oğul... Dost kimi güvənsə də, ona qarşı laqeyd qalanqız... Bütün ömrünü həsr edib qulluğunda durduğu ər... Acı xatirələri yada salır, peşmançılıqlarını ifadə edirlər.
Uşaqları utanmasın deyə, başqasına bəslədiyi sevgini qəlbində gizlədən bir qadın... Bir insan... Bir ana...
Park Sonyo, nəhayət, evə geri gələ biləcəkmi? Ümumiyyətlə, geri gəlmək istəyirmi? Görəsən, ana həyatda qalmağı bacarıbmı? Bütün sualların cavabı içimizin ən dərin hisslərinə toxunan bu dəyərli romanda... Yəni müəllifin şahəsərində...