Ölüm məğrur qardaş

Yazar: Tomas Vulf
Səsləndirdi: Sabir Məmmədov
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 01:39:32
T.Vulfun bu əsərində heyrətamiz enerji, nəfəs kəsən təhkiyə, Vulf qələminə məxsus gözlənilməz dönüşlər diqqəti çəkir. Povest ömründə dörd insanın ölümünü görmüş qəhrəmanın yaşantılarını oxucuya çatdırır. Sən demə, həyatda miskin, təsadüfi, lüzumsuz və məğrur ölümlər də varmış, insan qismətinə hansı ölümün düşəcəyini bilmir. “Böyük şəhərdə ölümün üzünü artıq üç dəfə görmüşdüm, ötən yaz yenidən görməli oldum. Bir dəfə gecə – həmin il zülmətin nəhəng küçəsiylə sürünə-sürünə yaşadığım dəlisov, sərxoş, heydən düşmüş gecələrin səhərdən-axşamacan, axşamdan-səhərəcən sürən dəyişikliyində – metroda insanın necə öldüyünü gördüm…