Axtarıram mən səni

Yazar: Əli Kərim
Səsləndirdi: Səməndər Rzayev
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 02:11
Axtarıram mən səni,
Arayıram mən səni.
Soruşuram gözümlə ötüb keçəndən səni,
Axtarıram kitabda, arayıram həyatda.
Bilmirəm nə boydasan, nə görkəmdə, nə adda,
Sənin təhsilin nədir, sənin yaşın neçədir?
Aladırmı gözlərin, qaradırmı, necədir?
Bəlkə elə xalın var, ay ömrün rəfiqəsi,
Qoy qara xalın olsun həsrətimin nöqtəsi!