"Bir damlayam" şeirindən

Yazar: Mədinə Gülgün
Səsləndirdi: Azərbaycan Radiosu
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 0:39
Bir zərrə varlığam, bir damlayam mən,
Bu dərin dənizdə, coşqun sularda.
Sənə minnətdaram, Vətən, ay Vətən,
Yaşasam da harda, olsam da harda.