Ayrılıq

Yazar: Ramiz Rövşən
Səsləndirdi: Aydan Dəniz
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 3:48
Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik, xəbərimiz yox.

Aradan nə qədər il keçib görən, -
Tanıya bilmədim, məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!
"Ölmədim" deyirəm, nə bilim axı, -
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz ölmüşəm elə.