Mən axı həşərat deyiləm Allah

Yazar: Zamiq Kövsəri
Səsləndirdi: Cavid İsmayıl
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 1:23
Mən axı həşərat deyiləm Allah,
Niyə mənə sən xərçəngsən deyilir ?
Mən uşağam, bəlkə başa düşmürəm ,
Utanıram, başım yerə əyilir.
Papaqsız həyətə buraxılmıram.
Bilmirəm nədənsə, saçım tökülür.
Əlimi qoyanda sinəmin üstə,.
Elə bil ki, ciyərlərim sökülür.
Deyəsən, həkimlər ağlın itirib,
Deyirlər qanımın rəngi ağarıb.
Ağ qanım çevrilib canavar olub,
Qırmızı qanımı yeyib qurtarıb.
Anam bu aralar ağlağan olub,
Haçan məni görür göz yaşı axır.
Yəqin ki, hamıdan çox sevir məni
Bəzən saatlarla üzümə baxır.
Atamı sevmirəm, hara çatırsa,
Mənə pul lazımdır, pul verin deyir
Bəlkə də içkiyə qurşanıb atam
Yoxsa ki, bu qədər pulu neyniyir?
Bu gün yenə həmin xəstəxanada
Həmənki, otağa salıblar məni.
Atamı, anamı qovdu qapıçı
Deyəsən, həkimlər alıblar məni.
Burda oyuncaq da tapa bilmirəm,
Biraz darıxanda başımı qatım.
Gözlərim yumulur, yuxum tökülür .
Allahım olar ki, mən daha yatım?!!