Bağışla, ağlaya bilməyəcəm sənə

Yazar: Vaqif Səmədoğlu
Səsləndirdi: Peyman Sənan
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 1:08
Bilirsənmi neçə ağac kəsilib,gözlərimin önündə,
qayalardan atılan neçə şəlalə intiharı görmüşəm?
Özüm də bilmirəm,neçə ulduz basdırmışam göylərdə,
neçə insan ümidinin meyidini,buza qoymuşam qəlbimdə?
Yer üzünə gələndən bəri gündüzlər aydan,
gecələr günəşdən yetim qalmışam hər gün.
Bağışla,
çoxdur ölənlərim,
sənə ağlaya bilməyəcəyəm.