Yar qasidi

Yazar: Məhəmmədhüseyn Şəhriyar
Səsləndirdi: Xəyalə Abbas
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 01:16
- Sən yarımın qasidisən
Əylən, sənə çay demişəm..

Xəyalini göndəribdir
Bəs ki, mən ax-vay demişəm..

Ax..! Gecələr yatmamışam
Mən sənə lay-lay demişəm.

Sən yatalı mən gözümə
Ulduzları say demişəm..!