Ey müsəlmanlar, mədəd, ol yar pünhan ayrılır,
Ağlamayım neyləyim, çün gövdədən can ayrılır.
Ey sənəm, hicran əlində naleyi-zar eylərəm,
Gözlərimdən sanasan dəryayi-ümman ayrılır.
Ol səbəbdəndir ki, mən bimaru rəncur olmuşam,
Xəstə könlüm mərhəmi ol dərdə dəran ayrılır.