Ayrılıq mehriban, ayrılıq doğma

Yazar: Vaqif Səmədoğlu
Səsləndirdi: Peyman Sənan
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 01:00
Ayrılıq mehriban,
Ayrılıq doğma.
Gəlmə.
Ayrılığın evini yıxma.
Arzular dirçələr, yuxum çin olar,
Otaqda gərəksiz gülüşlər dolar,
Məndən küsüb gedər incik şeirlər.
Sevinclər içində təklənər kədər.
Əzablar içində yaşayım yenə.
Xeyli dərd lazımdır ölməkçün
Gəlmə,
Gəlmə...
Belə qalım, azadam,
Azad.
Mənə bu dünyada, O dünyada yad.