Əsgərlikdən yenicə gəlmiş Məti adlı gənc oğlan
mümkünsüz və eyni zamanda, müqəddəs heç nə
bilməyən rayonun əsas avtoriteti Əlizamanı öldürür.
O, həyatda çoxlarına kömək edib – kimini işə, kimini instituta düzəltməklə. Amma bir çoxunun taleyini kor qoyub. Hərdən işlərinə yarasa da, onsuz işləri keçməsə də kənd camaatı Əlizamanı sevmir. Meyiti ortada qalır.
Heç bir kənd adamı, Əlizamanın heç bir tanışı onu son mənzilə yola salmağa gəlmir. Nə erməni sevgilisi Anuş, nə doğma qardaşı Heydər onun cənazəsini dəfn etməyi boynuna çəkir. Həyat yoldaşı isə saatlarla tərəddüd içində çırpınır. Son anda Əlizamanın iylənməkdə olan cəsədinə əyri yollarla qazandığı pullar və qadının artıq
məhv olmuş sevgi hissləri kömək olur...