Meqrenin qəlyanı

Yazar: Georges Simenon
Səsləndirdi: Müjgan Namidar
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 01:48:27
26 yaşlı məşhur yazıçı Jorj Simenon bir limanda Komissar Meqre ilə “tanış olur”. Komissar onun ən məşhur qəhrəmanına çevrilir. Yazıçı üç-dörd gün ərzində onun haqqında ilk romanını yazır. Beləliklə, Şerlok Holmsun və Erkül Puaronun rəqibi “doğulur”. Jorj Simenon özünü daha çox ictimai romanlar müəllifi kimi təqdim etsə
də, bütün yaradıcılığı boyu Komissar Meqre haqqında əsərlər yazmağa davam edir. Ümumilikdə bu haqda 75 roman, 28 hekayə yazır.
Sizə təqdim etdiyimiz kitabda o əsərlərdən 4-ü toplanıb. Komissar Meqre dünya ədəbiyyatının əfsanəvi xəfiyyələrindəndir. O, hər zaman güclü zəkası və iti müşahidəsi ilə oxucuları heyran edir.