Aldanmış kəvakib və ya (Hekayəti-Yusif Şah)

Yazar: Mirzə Fətəli Axundzadə
Səsləndirdi: Zülfiyyə Eldarqızı
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 01:14:50
M.F.Axundzadə bu əsərlə Azərbaycan ədə­­biy­ya­­tında realist nəsrin banisi olmaqla ya­naşı, həm də milli ədəbiyyatımızda povest janrının əsasını qo­­yur. Povestdə Avropa maarifçilərinin “dünya­nı sağlam aqil idarə edir” konsepsiyasından çı­xış edən müəllif, İran feodal üsul-ida­rəsinin ic­ti­­mai nöqsanlarını, ölkənin ali feo­dal dövlət baş­­çılarını kəskin satira atəşinə tutur və maa­rif­­çi, humanist hakim ideyasını qızğın təbliğ edir. Odur ki, “Aldanmış kəvakib” povesti dünya maarif­çi nəsrinin orijinal, parlaq nümunələrindən biri kimi dəyərləndirilir. Axundzadə bu əsərin­də fanatikliyi, nadanlığı tənqid etməklə yanaşı, rüşvətxorluğu, özbaşınalığı, haqsızlığı da if­şa edir. Yazıçı XV əsrdə yaşamış İran tarixçisi İskəndər bəy Munşinin əl yazmaları əsasında bu povesti yazıb, amma o İran hökümdarı Nəsrəddin şahı tənqid etmək üçün, müasir həyatla əsəri əlaqələndirib. Amma povestdə şah obrazında I Şah Abbas göstərilib.