Yazıçı Vahid Məmmədlinin eyniadlı dastanın motivləri əsasında postmodern və magik realizm üslublarında yazdığı romanında tarixi faktlar fonunda Leyli və Qeysin bir-birindən ilginc hadisələrlə zəngin həyat və sevgi hekayətlərindən bəhs edilir. Heç bir çətinliyə baxmadan insanın öz seçdiyi yolla getməsinin yaranışın mənası, öz sevgisinə, inam və inadla həqiqətə çatmağın ən ali yol olması romanın qayəsini təşkil edir.