Qayıdış

Yazar: Andrey Platonov
Səsləndirdi: Sabir Məmmədov
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 01:01:44
Əsərlərinin əsas mövzusu müharibədən sonrakı təlatümlü Rusiya həyatı, yoxsulluq və aclıq, əzab və zülm olsa da, Platonov hər zaman sonda ümidi, sevgini, hər şeyə rəğmən xoşbəxt olmaq əzmini ön planda sərgiləyir.
“Qayıdış” əsərində isə 2 illik əzablı müharibə həyatından, xaosun içindən ailəsinin yanına qayıdan baş qəhrəmanın real həyatda nələrlə qarşılaşdığının şahidi olacaqsınız. Bəs əsl xaos hardadır? Müharibədə, yoxsa real həyatda?
O, ürəyindəki nakam sevgini, yoxsa əzablarla dolu, lakin ona möhtac olan ailə üzvlərini seçəcək?