Xırda dəftərxana məmuru öz müdirinin qızına vurulur. Lakin nə məmur normal məmurdur, nə onun hissləri normal hisslərdir. O, getdikcə sərsəmləyir və dəliliyin dərinliklərinə enməyə başlayır. Oxucu bütün bu prosesləri onun öz dilindən “eşidir”. Çünki əsər əslində bir gündəlikdir. Dəlinin gündəliyi. O, gah itlə danışır, gah özünü İspaniyanın kralı zənn edir, gah da gündəliyə “43 aprel 2000-ci il” kimi absurd tarix qoyur. Qeydlərin sonunda onun ağlı tamam qarışır və sözlərin məntiqi əlaqəsi itir. Beləliklə, biz xırda bir məmurun əslində dəli olma prosesinin canlı şahidinə çevrilirik.