İrland yazıçısı Ceyms Coysun “Dublinlilər” əsərini tamamlayan “Ölülər” povesti 1907-ci ildə yazılıb. O vaxt Coysun 25 yaşı vardı. Bu povest “Dublinlilər” toplusuna daxil olan hekayələri bir növ özündə cəmləşdirir. Povestdə bir çox ümumbəşəri problemlərə, o cümlədən, insanın tənhalığı, başqalarının, hətta ən yaxın adamların da onu başa düşməməsi, anlaya bilməməsi kimi məsələlərə toxunulur. “Ölülər” povesti, əslində, avtobioqrafik əsərdi. Qabriel Konroy gənc yazıçı Ceyms Coysa çox oxşayır. Qreta Konroyun prototipi isə Coysun öz arvadıdır. Qabriel xalalarıgildəki baldan qayıdanda təsadüfən öyrənir ki, arvadı onu sevmir, heç vaxt da sevməyib- Qreta çox gənc yaşlarında tanış olduğu Maykl adlı oğlanı sevirmiş, indi də onu sevir. Maykl artıq həyatda yoxdur, çoxdan ölüb. Lakin Qreta hələ də onu sevir. – Bunu biləndə Qabriel qəzəblənir. Lakin sonra onun qəzəbini mərhəmət və qibtə əvəz edir: Mayklı sədaqətlə sevib, bu sevgini hamıdan gizli saxlayan arvadına rəhmi gəlir, bir insan kimi ona rəğbəti də artır, öz ehtirasının qurbanı olmuş Maykla isə həsəd aparır. Qabriel özü də çox istərdi ki, hansısa bir ehtirasın qurbanı olub bu dünyadan köçəydi, lakin insanlar onu sevəydilərMüşfiq çox gənc yaşlarından yaradıcılıq alәminә gəlmiş, hәyatını, taleyini şeirlә bağlamış vә ömrünün sonuna kimi ondan ayrılmamışdır. Çox az davam edәn yaradıcılığı әrzindә şairin yazdıqlarını nәzәrdәn keçirdikdә onun mәhsuldarlığına, әmәksevәrliyinә heyrәt etmәyә bilmirsәn. Şeir onun hәyatına elә bil hakim kәsilmişdi. O, bir gün belә olsun bu hakimin iradәsindәn kәnara çıxa bilmir, bir şey yazıb yaratmamış rahat olmur, olmaq istәmirdi. Müəllifin bir-birindən maraqlı və oxunaqlı şeirləri, poemaları bu külliyyatda öz əksini tapmışdır. Bu kitab Azərnəşr Dövlət nəşriyyatı tərəfindən əvvəllər buraxılmış kitablar əsasında nəşrə hazırlanmışdır.