Çırpınırdı Qara dəniz

Yazar: Əhməd Cavad
Səsləndirdi: Vidadi Həsənov
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 00:03:24
Çırpınırdı Qara dəniz
Baxıb Türkün bayrağına!
"Ah!..." deyərdim, heç ölməzdim,
Düşə bilsəm ayağına.

Ayrı düşmüş dost elindən,
İllər var ki, çarpar sinən!..
Vəfalıdır gəldi, gedən,
Yol ver Türkün bayrağına!

İncilər tök, gəl yoluna,
Sırmalar səp sağ, soluna!
Fırtınalar dursun yana,
Salam Türkün bayrağına!