Şükriyyəm üçün

Yazar: Əhməd Cavad
Səsləndirdi: Züıfiyyə Eldarqızı
Səs rejissoru: Fəyyaz Ələkbərov
Səsləndirmə vaxtı: 00:02:01
Bir gülsən, dərmişəm gənclik bağından,
Bir gülü, çiçəyi dərmərəm sənsiz.
Kam aldın ömrümün oğlan çağından,
Bir bağa, bağçaya girmərəm sənsiz.

Söylə yadındamı Çakva, Batumi?
Ovladın könlümü, çaldın ruhumu!
Kamana dönmüşdü qəlbimin simi,
Hurini, mələyi görmərəm sənsiz!